
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi: Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi: Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır.
Gələn ilin sonuna qədər Masallının bütün yaşayış məntəqələri qazlaşdırılacaqdır. Bu, tarixi bir nailiyyət olacaqdır. Çünki heç vaxt Masallı kəndlərində qaz olmamışdır. Masallıya qazın verilməsinin bərpası bir neçə il bundan əvvəl başlamışdır. Şəhərin müəyyən hissəsini əhatə edirdi. İndi isə layihə hazırlanıb ki, nəinki şəhər, - mənə indi deyirlər, şəhərdə məsələ artıq həll olunub,- bütün kəndlərdə qaz təchizatı təşkil ediləcəkdir. Gələn ilin sonuna qədər bu layihə başa çatmalıdır. Beləliklə, hesab edirəm ki, biz böyük bir məsələnin həllinə nail olacağıq. Elektrik enerjisi ilə təchizatda heç bir problem, məhdudiyyət yoxdur. Ölkə üzrə bu məsələ öz həllini tapıb. Ona görə bu barədə heç məsələ qaldırılmır. Qarşımızda qazlaşdırma məsələsi dayanır. Biz bunu həll edirik. İçməli su, kanalizasiya problemlərinin həlli də çox vacib məsələlərdir. Bu məsələlər də demək olar ki, ölkə miqyasında hazırda kompleks şəkildə öz həllini tapır. Hər bir şəhərdə, hər bir rayonda su, kanalizasiya xətləri çəkilir, o cümlədən Masallının su, kanalizasiya layihələri də yəqin ki, bir neçə aydan sonra icra olunmağa başlanacaqdır. Görüləcək işlər nəticəsində bu tarixi problem öz həllini tapacaqdır.