METAL VƏ PLASTIK BORULARIN MONTAJI

"AEIB" 20 ildən artıqdır ki metal və plastik boru kəmərlərinin montajı ilə məşğuldur.
Praktiki təcrübə, texniki və texnolojı imkanlar bütün növ boru kəmərlərinin tikintisini uğurla aparmağa imkan verir.

Aşağıdakı xidmətləri təqdim edirik:

  • Boru kəməri xəttinin geodeziyası və planlaşdırılması
  • Hazırlıq və torpaq işləri
  • Boru kəmərinin qaynağı
  • Boru kəmərinin izolyasiyası
  • Boruların kanal boyu düzülməsi, kəmərin təbii və süni maneələrdən keçirilməsi
  • Kəmər üstündə texnoloji qurğuların tikintisi, kommunikasiyaların ayrılması və birləşdirilməsi
  • Boru kəmərinin sınağı və təhvili
  • Metal və Plastik boru montajı üzrə bitmiş və davam edən layihələrimiz. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması və təbii qaz almayan kənd, qəsəbə və yaşayış massivlərinin mavi yanacaq ilə təmin olunması davam edir. Bu proqrama əsasən "AEİB" –in bitmiş və davam edən layihələri.

    Layihə

    Çəkilmiş Xətt (metr)

    Bakı şəhərinin qazlaşdırılması

    768 218,92

    Masallı rayonunun qazlaşdırılması

    511 828,65

    Lənkəran şəhərinin qazlaşdırılması

    544 106,47

    Astara şəhərinin qazlaşdırılması

    217 214,17

    Yardımlı Şəhərinin qazlaşdırılması

    68 494,64

    Lerik Rayonunun qazlaşdırılması

    56 304,41

    Qaradağ rayonunun qazlaşdırılması

    5 291,00

    Abşeron rayonunun qazlaşdırılması

    14 593,30

    Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi davam edir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

    Bu proqrama əsasən "AEİB" –in davam edən layihələri.

    Layihə
    Qaradağ rayonun su təchizatı sistemlərinin yaxşılaşdırılması yenidən qurulması.

    image7
    image7
    image7
    image7

Əlaqə

Telefon: +994 12 480-24-31
Faks: +994 12 496-77-85
Email: office@aeibgroup.com

Ünvan

Azərbaycan. Bakı şəhəri,
Nobel prospekti, Xəzər 13