ŞIRKƏT HAQQINDA
Azərbaycan Elmi İstehsalat Birliyi (Azərbaycan EİB) şirkəti 1994-ildə təsis edilmişdir.Yarandığı tarixdən başlayaraq 20 ilə yaxın müddət ərzində sürətlə inkşaf edərək fəaliyyət dairəsini genişləndirmişdir. Azərbaycan EİB-in fəaliyyəti dövründə fəaliyyət növlərini həyata keçirmək üçün beynəlxalq TS EN İSO 9001 “keyfiyyət idarəetmə sistemi” , TS EN İSO 14001 “ekologiya idarəetmə sistemi” , TS 18001/OHSAS “əməyin mühafizəsi və təhlükəsizliyi texnikası idarəetmə sistemi” standartlarına müvafiq müasir texnologiyaları tədbiq edir və bu tələblərə cavab verən maşın, mexanizm, aqreqat, ləvazimat, xidməti heyət üçün xüsusi geyimlər və onların təhlükəsizliyini təmin etmək üçün fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir. Azərbaycan EİB layihələrini standartlara ciddi şəkildə əməl edərək istehsal edir, malın keyfiyyətinə və xidmətin yüksək səviyyədə olmasına böyük üstünlük verir. Azərbaycan EİB-i Amerika, Avropa və dünyanın bütün analojı şirkətləri ilə sıx əlaqəlidir və onların bütün müsbət elmi-tədqiqi axtarışlarını öz işində tədbiq edir. Azərbaycan EİB hər bir sifarişçini potensial ortaq kimi qəbul etdiyinə görə istənilən sorğuya diqqət və hörmətlə yanaşır.
Hal hazirda Azərbaycan EİB asağıdaki xidmətlər üzrə ixtisaslaşıb:
- Metal konstruksiyaların və modulların hazırlanması.
- Orta və yüksək təzyiqli neft-qaz və su boru kəmərlərinin quraşdırılma işləri.
- Logistika və kommersiya işləri.
- Sənayə və mülki tikinti-quraşdırma işləri.